Fransa millisinin və İngiltərənin "Liverpul" klubunun sabiq hücumçusu Cibril Sisse bir il şərti həbs cəzası ala bilər.
Bakıvaxtı.az "RMC Sport"a istinadən xəbər verir ki, o, vergi fırıldaqçılığında və korporativ aktivlərdən sui-istifadədə ittiham olunur.
Məhkəmə sentyabrın 11-də baş tutub. Prokurorluq onun 100 min avro cərimələnməsini də tələb edib. Son qərar noyabrın 13-də veriləcək.
Qeyd edək ki, "Liverpul"la yanaşı, İtaliyada "Latsio", ölkəsində "Oser" və "Marsel" klublarının da formasını geyinmiş C.Sisse 2002-2011-ci illərdə Fransa yığmasında keçirdiyi 41 oyunda 9 qol vurub.