• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Beşiktaş”ın baş məşqçisi Fernandu Santuşun taleyinə aydınlıq gətirildi

İDMAN

19 Mart 2024 | 10:35

“Beşiktaş”ın baş məşqçisi Fernandu Santuşun taleyinə aydınlıq gətirildi

Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi Fernandu Santuşun taleyinə aydınlıq gəlib.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, rəhbərlik 69 yaşlı mütəxəssislə mövsümün sonunadək yola davam etmək qərarına gəlib.

İstanbul təmsilçisi mövsümün sonunda ölkə kubokunu qazansa və Superliqanı üçüncü sırada başa vursa, Santuş komandada qalacaq.

Qeyd edək ki, “Beşiktaş” hazırda 46 xalla 4-cü pillədə qərarlaşıb. İstanbul klubu kubokun yarımfinalında “Ankaragücü” ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024