• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Messi olimpiadada iştirak etmək istəyir

İDMAN

20 Yanvar 2024 | 10:06

Messi olimpiadada iştirak etmək istəyir

Argentina millisinin futbolçuları Lionel Messi və Anxel Di Maria Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilərlər.

Bakıvaxtı.az-ın “Dsports”a istinadən məlumatına görə, hər iki oyunçu olimpiadada oynamaq istəyir.

Ancaq bunun üçün Argentinanın olimpiya yığması KONMEBOL zonasında yanvar-fevral aylarında baş tutacaq seçmə mərhələdən olimpiadaya vəsiqə qazanmalıdır. U-23 yığmasına Xavyer Maskerano başçılıq edir.

Olimpiada iyul-avqust aylarında Fransada təşkil ediləcək. Hər komandada 23 yaşdan yuxarı 3 futbolçu çıxış edə bilər.

Qeyd edək ki, həm Lionel Messi, həm Anxel Di Maria, həm də Xavyer Maskerano 2008-ci ildə qazanılan olimpiya çempionluğu zamanı Argentina millisinin heyətində yer alıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026