• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

De Byazi Kosovo millisinin baş məşqçisi ola bilər

İDMAN

23 Noyabr 2023 | 10:57 | Müəllif: Subhan Mahmudov

De Byazi Kosovo millisinin baş məşqçisi ola bilər

Azərbaycan millisi ilə yollarını ayıran Canni De Byazi Kosovo yığmasının baş məşqçisi ola bilər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, “Avro-2024”ün seçmə mərhələsindən sonra Primoj Qlixa ilə müqaviləni yeniləməyən Kosovo Futbol Federasiyası italiyalı mütəxəssisin xidmətində maraqlıdır.

De Byazinin özü də “SKY Sport 24” nəşrinə açıqlamasında yeni komanda axtarışında olduğunu gizlətməyib. Lakin o, danışıq apardığı federasiyanın adını açıqlanmayıb: “Ümid edirəm ki, təyinat reallaşacaq. Amma müqavilə imzalanana qədər bu barədə danışmamaq daha yaxşıdır”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Canni De Byazinin noyabrın sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026