• Bakı 19° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Fransa dünya çempionatından kənarlaşdırıla bilər

İDMAN

22 Noyabr 2023 | 17:29

Fransa dünya çempionatından kənarlaşdırıla bilər

17 yaşadək futbolçulardan ibarət Fransa yığması İndoneziyada keçirilən dünya çempionatından kənarlaşdırıla bilər.

Bakıvaxtı.az “Foot Mercato”ya istinadən xəbər verir ki, buna səbəb hücumçu Yanis İssufunun eyni turnirdə iki fərqli komandanın heyətində çıxış etməsidir.

Fransanın “Monpelye” klubunun oyunçusu buna qədər seçmə mərhələdə Niger yığmasının heyətində meydana çıxıb. FIFA-nın qaydalarına görə, bir futbolçunun eyni turnirdə iki fərqli komandada oynaması qadağandır.

Fransızlar hər ehtimala qarşı Yanis İssufunun adını 1/8 finalda Seneqalla keçirilən görüşün iştirak ərizəsinə salmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026