• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lebron Ceymsdən NBA-da tarixi REKORD

İDMAN

22 Noyabr 2023 | 13:48

Lebron Ceymsdən NBA-da tarixi REKORD

ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) tarixi rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı oyunçu buna “Yuta Caz”a 131:99 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Bu görüşdə 17 xal toplayan təcrübəli basketbolçu NBA-da 39 min xalı keçən ilk idmançı kimi tarixə düşüb.

2003-cü ildən peşəkar karyerası davam edən L.Ceyms 4 dəfə NBA çempionu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026