• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəldi - YENİLƏNİB

İDMAN

21 Dekabr 2023 | 16:02

Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəldi - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Bakıvaxtı.az  xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 “Sabah”la üz-üzə gələcək.

***

Xankəndidə "Qarabağ" və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb.

 

***

Xankəndidə “Qarabağ” və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

 

14:00

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

 

12:53

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün üz-üzə gələcək “Qarabağ” və MOİK klublarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar Xankəndi şəhər stadionunda oynanılacaq matçda meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

MOİK: 1. Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3. Nicat Əskərov, 20. Nurlan Bayramov, 4. Ülvi İbazadə, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 11. Elvin Vəliyev, 77. Elmir Rəhimzadə, 17. Sabir Allahquliyev

Baş məşqçi: Qəzənfər Abbasov

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026