Uzun müddətdir zədəsi səbəbindən komandadan uzaq düşən "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə bağlı yeni iddia var.
Bakıvaxtı.az xəbər verir ki, İtaliya mətbuatında yer alan məlumatlara görə, argentinalı futbolçu Türkiyəni tərk etmək istəyir.
"Fənərbaxça" derbisində dirəyə dəyərək zədələnən və üz sümüklərində sınıqlar yaranan Mauro İkardinin müalicəsi təxminən 3 həftədir İstanbul xaricində - iddialara görə, Argentinada davam edir.
"Sport Italia"yanın yaydığı xəbərə görə, 30 yaşlı hücumçu Türkiyədən gedir.
Xəbərin təfərrüatlarında İkardi ilə İtaliya nəhəngi "İnter" və "Yuventus"un maraqlandığı bildirilib.
Ziyafət Əlisoy