• Bakı 24° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

"Formula 1"də sprint yarışlarının formatı dəyişdirilə bilər

İDMAN

24 Oktyabr 2023 | 14:54

"Formula 1"də sprint yarışlarının formatı dəyişdirilə bilər

"Formula 1" rəhbərliyi sprint yarışlarının formatının köklü şəkildə yenilənməsi imkanlarını nəzərdən keçirmək istəyir.

Bakıvaxtı.az “Motorsport”a istinadən xəbər verir ki, bunun əsas səbəbi mövcud sistemin azarkeşlər üçün kifayət qədər əyləncəli olmamasıdır.

Artıq bununla bağlı bir neçə ideya da irəli sürülüb.

Şənbə günü reallaşan sprint yarışları ayrıca "Formula 1" çempionatına çevrilə bilər. Ona görə də həmin gün qazanılan xal sürücülərin ümumi sıralamasında nəzərə alınmayacaq.

"Red Bull" komandasının pilotu Maks Ferstappen Qətər Qran-prisindəki sprint yarışında çempionluğunu rəsmiləşdirmişdi.

Bundan əlavə, pilotları həvəsləndirmək üçün yeni sponsor cəlb etmək və qaliblərə böyük pul mükafatı vermək də gündəmdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR