• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

AFFA 3 klubu cərimələdi

İDMAN

24 Oktyabr 2023 | 12:54

AFFA 3 klubu cərimələdi

AFFA İntizam Komitəsi Premyer Liqanın X turunda qeydə alınan neqativ hallarla bağlı 3 klubu cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, “Turan Tovuz” 1500, “Səbail” 800, “Zirə” isə 700 manat ziyana düşüb.

Tovuz təmsilçisi “Qarabağ”la matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700, oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbindən isə 800 manat cərimə olunub.

“Səbail” – “Neftçi” görüşünün ardından meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimə ödəyəcəklər.

“Kəpəz”lə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Zirə” isə 700 manat xərcə düşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026