• Bakı 9° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Bu ölkə üçün hər şeyi edəcəm” - Montella

İDMAN

22 Noyabr 2023 | 11:32

“Bu ölkə üçün hər şeyi edəcəm” - Montella

“Burada olmaq qürurvericidir. Hər dəfə ölkəmizin ruhu ilə meydanda olacağıq. Bu bayraq üçün əlimdən gələni edəcəyəm”.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella vəzifəyə çağırıldığı ilk andan böyük qürur hissi keçirdiyini bildirib.

Uels matçının çətin keçdiyini bildirən italyan məşqçi "İlk hissədə daha çox şey edə bilərdik, amma sevindirici tərəfi ikinci hissədə reaksiya verməmizdir. Buna sevinirəm", - deyə bildirib.

49 yaşlı italiyalı çalışdırıcı sözlərini belə davam etdirib: "Bu bayraq üçün əlimdən gələni edəcəyəm. Bu ölkə üçün nə lazımdırsa, etməyə hazırıq . Burada olmaq qürurvericidir. Püşkatmada kim çıxsa, biz də onunla birlikdə olacağıq. Üçüncü qazandakı komandalar da pis deyil”.

Qeyd edək ki, Türkiyə-Uels matçı 1:1 hesabıyla başa çatıb.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR