• Bakı 21° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Millimizin futbolçusu "Atletiko"ya qol vurdu

İDMAN

27 Iyul 2023 | 17:20

Millimizin futbolçusu "Atletiko"ya qol vurdu

Cənubi Koreyanın "Tedjon Xana Sitizen" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk İspaniyanın "Atletiko" (Madrid) komandasına qol vurub.

Bakıvaxtı.az xəbər verir ki, 25 yaşlı müdafiəçi K Liqasının ulduzlarından ibarət kollektivin Madrid təmsilçisi ilə keçirdiyi yoldaşlıq oyununda fərqlənib.

İkinci hissədə meydana daxil olan oyunçu 50-ci dəqiqədə La Liqa klubunun qapısına yol taparaq komandasının ilk qolunun müəllifi olub.

Qeyd edək ki, görüş cənubi koreyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR