• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

UEFA reytinqində Azərbaycanın xal ehtiyatı ARTDI

İDMAN

27 Iyul 2023 | 09:11

UEFA reytinqində Azərbaycanın xal ehtiyatı ARTDI

“Sabah” UEFA reytinqində Azərbaycana ilk xalları qazandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-i səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.

“Qarabağ” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3), xal qazandıra bilməyib.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,000-a çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR