• Bakı 21° C

    0.37 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Benzema Səudiyyə Ərəbistanında qalmaqala səbəb oldu

İDMAN

24 Avqust 2023 | 16:35 | Müəllif: Subhan Mahmudov

Benzema Səudiyyə Ərəbistanında qalmaqala səbəb oldu

Bu yay İspaniyanın “Real Madrid” klubundan ayrılıb Səudiyyə Ərəbistanının “Əl-İttihad”ına keçən Kərim Benzema klubda qalmaqala səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Fransalı ulduz futbolçu ilə komandanın portuqaliyalı baş məşqçisi Nunu Eşpiritu Santunun münasibətləri pisləşib. Məlumata görə, çalışdırıcı klub rəhbərliyinə Benzemanın onun oyun üslubuna uyğun gəlmədiyini bildirib. Ümumiyyətlə, o, bu transferdə istəkli olmayıb. Baş məşqçi ulduz oyunçunu əsas heyətdə düşünmür.

Benzema isə komandanın kapitanlıq sarğısının ona verilməməsindən narazıdır. Hətta futbolçunun son məşqə çıxmadığı bildirilir.

Baş məşqçi ilə münasibətləri pis olan forvard bununla bağlı Səudiyyə Ərəbistanına keçidində vasitəçilik edən yerli nümayəndə ilə görüşüb və vəziyyətin düzəldilməsini istəyib. Əks halda transfer pəncərəsinin sonuna qədər onun komandadan ayrılması gündəmə gələ bilər.

“ƏI-İttihad” isə açıqlama yayaraq məlumatların həqiqətə uyğun olmadığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026