• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nigeriya yığmasının hücumçusu “Neftçi”də

İDMAN

27 Iyul 2023 | 14:15 | Müəllif: Qalib İbrahimoğlu

Nigeriya yığmasının hücumçusu “Neftçi”də

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

Bakıvaxtı.az xəbər verir ki, paytaxt klubu bu dəfə hücum xəttini gücləndirib.

Belə ki, Türkiyənin “Ərzurumspor” klubunun qolçusu Aaron Samuel Olanare ilə hərtərəfli anlaşma əldə edilib.

Vaxtilə Rusiyada MOİK, “Perm”, Çində “Çanqçun Yatay”, “Sicuan Lonqfor”, İsraildə “Beytar” komandalarında oynamış Nigeriya millisinin üzvü yaxın günlərdə “ağ-qaralar”ın düşərgəsinə qoşulacaq.

29 yaşlı oyunçu yeni komandasında tibbi müayinədən keçəndən sonra münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Aaron Samuel Olanare 2021-ci ildən “Erzurumspor”da çıxış edir./matc.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026