• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Sabah" Latviyada qələbə qazandı

İDMAN

26 Iyul 2023 | 22:39 | Müəllif: Subhan Mahmudov

"Sabah" Latviyada qələbə qazandı

Bakının “Sabah” klubunun avrokuboklarda debütü uğurlu alınıb.

Bakıvaxtı.az  xəbər verir ki, iyulun 26-da Bakı təmsilçisi UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Latviyanın RFŞ komandasının qonağı olub.

Yurmala şəhərindəki “Sloka” stadionunda keçirilən görüşdə hesabı Bakı təmsilçisi açıb. Matçın 22-ci dəqiqəsində Boyan Letiç adını tabloya yazdırıb. Bosniya və herseqovinalı müdafiəçi Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub. Qarşılaşmanın ilk hissəsi “Sabah”ın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

“Sabah” klubu ikinci hissədə də üstün oyun nümayiş etdirib. Bakı təmsilçisinin gürcüstanlı hücumçusu Davit Volkov 56-cı dəqiqədə ikinci topu rəqib qapısından keçirib.

Çexiyalı baş hakim Yan Maxalekin idarə etdiyi matç “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026