• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

UEFA "Neftçi"nin rəqibini cərimələdi

İDMAN

26 Iyul 2023 | 18:42 | Müəllif: Subhan Mahmudov

UEFA "Neftçi"nin rəqibini cərimələdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar” cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, "Jelezniçar"ın I mərhələdə Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda yerli azarkeşlərin tribunaların pilləkənlərində oturaraq keçidi bağlamaları klubun cərimələnməsinə səbəb olub.

UEFA Bosniya təmsilçisini 8000 avro məbləğində cərimələyib.

Qeyd edək ki, sabah “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR