• Bakı 21° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“Neftçi” Sankt-Peterburqa baş məşqçisiz gedir

İDMAN

27 Iyun 2023 | 16:24

“Neftçi” Sankt-Peterburqa baş məşqçisiz gedir

Laurentsiu Regekampfla yolları ayıran “Neftçi”də yeni baş məşqçinin kim olacağı hələ dəqiqləşməyib.

Bakıvaxtı.az xəbər verir ki, “Neftçi” “Match TV” turnirində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə baş məşqçisiz yollanacaq.

Komandanı oyunlara seleksiyaçılar - Vadar Nuriyev və İqor Getman çıxaracaqlar. Paytaxt klubu sabah Rusiyaya yollanacaq.

Xatırladaq ki, “Neftçi” baş məşqçi postu üçün türkiyəli mütəxəssis Sergen Yalçınla danışıqlar aparsa da, hələlik anlaşma əldə etmək mümkün olmayıb. Komandanın yeni çalışdırıcısının Rusiyada müəyyənləşəcəyi gözlənilir.

Qeyd edək ki, “Neftçi” Sankt-Peterburqda “Fənərbağça” (Türkiyə), “Srvena Zvezda” (Serbiya) və “Zenit”lə (Rusiya) üz-üzə gələcək. Daha sonra Moskvaya yollanacaq komanda “Spartak”a qarşı yoxlama oyunu keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026