• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Neftçi" yeni transferlərini UEFA-ya sifariş etdi

İDMAN

26 Iyul 2023 | 17:23

"Neftçi" yeni transferlərini UEFA-ya sifariş etdi

"Neftçi" yeni transferləri Mark Tamaşla Ervin Koffini UEFA-ya sifariş edib.

Bakıvaxtı.az xəbər verir ki, hər iki əcnəbi müdafiəçinin adı Bosniya və Herseqovina "Jelezniçar"ı ilə keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.

Əvəzində isə Serbiya "Partizan"ına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.

Qeyd edək ki, "Neftçi" və "Jelezniçar" arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026