• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

PSJ-nin qapıçısı xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

İDMAN

28 May 2023 | 19:09

PSJ-nin qapıçısı xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

Fransanın “Paris Sen-Jermen” futbol klubunun əvəzedici qapıçısı ispaniyalı Serxio Riko atdan yıxılaraq İspaniyanın Sevilya şəhərindəki xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, futbolçunun vəziyyəti ağırdır.

Onun kəllə-beyin travması aldığı bildirilir.

Qeyd edək ki, qapıçı PSJ-nin şənbə günü “Strasburq”la (1:1) matçında ehtiyat oyunçular skamyasında oturub. Bu oyundan sonra Riko İspaniyaya yollanıb.

Xatırladaq ki, Rikonun 29 yaşı var və o, bu mövsüm heç bir rəsmi oyun keçirməyib. Qapıçı karyerası ərzində İspaniyanın “Sevilya” və “Malyorka”, İngiltərənin “Fulhem” klubunda çıxış edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024