• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Millimiz Kolumbiya ilə qarşılaşmaya bilər

İDMAN

30 Mart 2023 | 17:04

Millimiz Kolumbiya ilə qarşılaşmaya bilər

Futbol üzrə Azərbaycan millisinin Kolumbiya ilə yoldaşlıq görüşü baş tutmaya bilər.

Bakıvaxtı.az  Kolumbiya mətbuatına istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisinin prioritetləri arasında Canni De Byazinin yetirmələri ilə oynamaq yoxdur.

Doğrudur, yığma hələ də Kolumbiya Futbol Federasiyası üçün alternativ variant olaraq qalır. Ancaq baş məşqçi Nestor Lorenzo Polşa və Serbiya ilə qarşılaşmağı üstün tutur. Cənubi amerikalılar iyunun 12-20-si aralığında məhz bu iki komanda ilə güclərini sınamağı planlaşdırırlar. Əgər Polşa və ya Serbiya ilə razılıq əldə olunmasa, o zaman AFFA ilə danışıqlara başlanılacaq.

Belə olarsa, Azərbaycanla Kolumbiya yığmaları arasında yoldaşlıq görüşünün iyunun 12-14-ü aralığında təşkili mümkün olacaq. Çünki Canni De Byazinin kollektivi həmin ayın 17-də AVRO-2024-ün seçmə mərhələsində Estoniyanı qəbul edəcək.

Qeyd edək ki, Kolumbiya millisi iyunda Avropa turnesinə çıxacağından, yoldaşlıq görüşlərini rəqiblərinin meydanında keçirəcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024