Bakıda keçirilən “Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk dəfə keçirilən sprint yarışının təsnifat mərhələsi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, “Ferrari" komandasının üzvü monakolu pilot Şarl Lekler qəza keçirsə də, sprint yarışını birinci başa vurub.
"Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, Şarl Lekler dünən sıralama turunda da lider olub.
Ramid İbrahimov
















