• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Azərbaycanın ən stabil klubları

İDMAN

01 Mart 2023 | 14:48

Azərbaycanın ən stabil klubları

Beynbəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın 75 ölkəsinin çempionatlarında son 5 ildə heyəti ən stabil olan klubların siyahısını açıqlayıb.
 
Bakıvaxtı.az xəbər verir ki, siyahıda Azərbaycan klublarına da yer ayrılıb.
 
Ölkəmizin ən stabil klubu “Qarabağ”dır. Ağdam təmsilçisi geridə qalan 5 ildə 67 futbolçunun xidmətindən yararlanıb. İkinci pillədə olan “Qəbələ” 74 oyunçunun xidmətinə ehtiyac duyub. “Neftçi” isə bu müddət ərzində 87 futbolçudan istifadə edib.
 
"Sabah", "Turan Tovuz" və "Kəpəz" Premyer Liqada 5 ili tamamlamadığı üçün onlara siyahıda yer verilməyib.
 
1. "Qarabağ" - 67 futbolçu
2. "Qəbələ" - 74
3. "Neftçi" - 87
4. "Sumqayıt" - 88
5. "Səbail" - 102
6. "Zirə" - 104
7. "Şamaxı" - 107


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026