• Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Valensiyadan poker, “Fənərbağça” darmadağına sevindi – VİDEO

İDMAN

30 Yanvar 2023 | 00:50

Valensiyadan poker, “Fənərbağça” darmadağına sevindi – VİDEO

Türkiyə Superliqasında 21-ci tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, son matçda öz meydanında geri düşməsinə baxmayaraq “Kasımpaşa”nı 5-1 məğlub edən “Fənərbağça” zirvədəki “Qalatasaray”ı təqib etməyə davam edib.

“Sarı-lacivərdlər”in futbolçusu Enner Valensiya 4 qolla “Ülker” stadionunda oynanılan qarşılaşmaya damğasını vurub. Ekvadorlu hücumçu bu mövsüm Superliqada 17 oyunda 19 dəfə fərqlənib.

Çempionatın 22-ci həftəsində “Fənərbaxça” səfərdə “Adana Dəmirspor”la, “Kasımpaşa” isə evdə “Giresunspor”la üz-üzə gələcək.


SON XƏBƏRLƏR