• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Rauf Əliyev məşqçiliyə başlayır

İDMAN

27 Fevral 2023 | 14:06

Rauf Əliyev məşqçiliyə başlayır

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev məşqçiliyə başlamaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  açıqlamasında 34 yaşlı keçmiş hücumçu məlumat verib.

O bildirib ki, növbəti B kateqoriyalı məşqçi kursu üçün müraciət edəcək. Əliyev məşqçi kimi gələcəyini uşaq futbolunda görmədiyini sözlərinə əlavə edib: “Açığı, uşaqlarla işləmək istəmirəm. Gələcəkdə əsas komandalardan birində çalışmağı planlaşdırıram”.

Qeyd edək ki, son klubu “Kəpəz” olan Rauf Əliyev qış fasiləsində karyerasını başa vurduğunu açıqlayıb. O, 2010-2018-ci illərdə Azərbaycan millisinin heyətində 46 oyun keçirib, 7 qola imza atıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026