• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Mahir Emreli zədəsini sağaltdı

İDMAN

28 Mart 2023 | 15:19

Mahir Emreli zədəsini sağaltdı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini sağaldıb.

Bakıvaxtı.az xəbər verir ki, “Konyaspor” klubunun hücumçusu bərpa dönəmini artıq geridə qoyub.

Super Liqanın XXVI turunda “Qalatasaray”la oyunda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ matçlarını buraxan 26 yaşlı forvard fiziki çalışmalarını başa vurub.

Futbolçu tezliklə kollektivlə birlikdə məşqlərə qoşulacaq. O, Konya təmsilçisinin “Umraniyespor”la qarşıdakı matçına hazır olacaq.

Qeyd edək ki, XXVII turun “Umraniyespor” – “Konyaspor” görüşü aprelin 2-də keçiriləcək.


SON XƏBƏRLƏR

18 Mart 2024