• Bakı 24° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

"Neftçi" əzmkar qələbə ilə finala yüksəldi

İDMAN

26 Aprel 2023 | 22:29 | Müəllif: Subhan Mahmudov

"Neftçi" əzmkar qələbə ilə finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçının adı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinal mərhələsində “Turan Tovuz”u üstələyən “Neftçi” tarixində 11-ci dəfə həlledici görüşdə iştirak hüququ əldə edib.

Tovuzda 0:1 hesabı ilə məğlub olan "Neftçi" öz meydanında keçirdiyi cavab matçının son dəqiqələrində vurduğu iki cavabsız qol sayəsində qələbə qazanaraq finala adlayıb.

Paytaxt klubu matça əlavə edilmiş dəqiqələrdə ardıcıl iki dəfə fərqlənib. Əvvəlcə 90+3-cü dəqiqədə Emin Mahmudov cərimə zərbəsini dəqiq yerinə yetirib. Üç dəqiqə sonra isə Kenni Sayef "Neftçi"ni finala daşıyan qola imza atıb.

Bakı klubunun finaldakı rəqibi aprelin 27-də baş tutacaq "Səbail" – "Qəbələ" görüşündə müəyyənləşəcək. Bu komandaların Qəbələdəki ilk duelində eyniadlı komanda 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü iyunun 3-də "Bakcell Arena"da təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR