• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşir

İDMAN

27 Aprel 2023 | 09:28

Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinalın cavab oyununda “Qəbələ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq.

Əyalətdə keçirilmiş ilk görüşdə “qırmızı-qaralar” 3:2 hesablı qələbəyə seviniblər. Elmar Baxşıyevin baş məşqçisi olduğu komandaya finala yüksəlmək üçün heç-heçə də kifayət edəcək. “Dənizçilər” isə mütləq qalib gəlməlidirlər.

Bu cütün güclüsü finalda “Neftçi”yə rəqib olacaq.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

27 aprel

20:00. “Səbail” - “Qəbələ”
İlk oyun - 2:3

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASCO Arena”.

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026