• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

"Barselona" Serxio Busketsə yeni müqavilə təklif etdi

İDMAN

28 Mart 2023 | 18:00

Barselona Serxio Busketsə yeni müqavilə təklif etdi

İspaniya "Barselona"sı futbolçusu Serxio Busketsə yeni müqavilə təklif edib.

Bakıvaxtı.az  "DirectoGol" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi sözləşməni imzalasa, illik məvacibi 75 faiz azalacaq.

Bu isə o deməkdir ki, hazırkı maaşı 30 milyon avro olan təcrübəli oyunçu yeni müqaviləyə qol çəkdikdən sonra hər mövsüm üçün təqribən 7-8 milyon avro qazanacaq.

Kataloniya klubunun yetirməsi hələlik təklifə cavab verməyib.

Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"nın əsas komandasında çıxış edir.


SON XƏBƏRLƏR

18 Mart 2024