• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Muslera Bakıya niyə gəlməyib? 

İDMAN

29 Mart 2023 | 13:16

Muslera Bakıya niyə gəlməyib?

“Qalatasaray”ın “Qarabağ”a qarşı xeyriyyə oyunu üçün Bakıya gətirdiyi heyətdə bir çox ulduz futbolçu yer alsa da, Fernando Muslera olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, uruqvaylı qolkiperin ölkəmizə gəlməmə səbəbi bəlli olub.

Əldə etdiyimiz məlumata görə, o, özü Bakıya gəlmək istəməyib. İlkin siyahıda adı olsa da, sonradan çıxarılıb. Muslera zədədən sonra formasını bərpa etmək üçün İstanbulda qalıb məşqləri davam etdirməyi lazım bilib. Klubun iki qapıçı məşqçisindən biri də bu səbəbdən Muslera ilə birgə klubun bazasında qalıb.

Martın 26-da keçirilən “Qarabağ” - “Qalatasaray” matçı 1:2 hesabı ilə başa çatıb. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026