• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Eddi İsrafilov 2 həftəlik sıradan çıxdı

İDMAN

28 Mart 2023 | 15:29

Eddi İsrafilov 2 həftəlik sıradan çıxdı

AVRO-2024-ün seçmə mərhələsinin I turunda Avstriya ilə oyunda zədələnən Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.

Bakıvaxtı.az xəbər verir ki, paytaxt təmsilçisindən  verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.

İsrafilovun sağ diz medial bağında birinci dərəcəli gərilmə aşkarlanıb.

Müalicəsinə başlanılan oyunçu 10-14 gündən sonra komanda ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026