• Bakı 17° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Avropa Super Liqasının başlama tarixi açıqlanıb

İDMAN

28 Mart 2023 | 21:11

Avropa Super Liqasının başlama tarixi açıqlanıb

Avropa Super Liqasının start götürəcəyi tarix açıqlanıb.

Bakıvaxtı.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, turnir 2025-ci ildən keçirilməyə başlanacaq.

Bununla belə, ideyanın müəllifi olan A22 şirkəti Beynəlxalq Ədalət Məhkəməsinin UEFA və FİFA ilə bağlı verəcəyi qərarı gözləyir. Məhkəmə futbol qurumlarının lehinə qərar çıxararsa, Superliqa müstəqil turnir kimi təşkil olunacaq.

Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Avropa Super Liqasında İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.


SON XƏBƏRLƏR

10 May 2025