• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazandı

İDMAN

28 Mart 2023 | 19:26

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində 3 medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 73 kq-da mübarizə aparan idmançı birdən qaldırmada 136 kq-ı ram edib və bu hərəkətdə ikinci yeri tutub.

Qazaxın "Göyəzən" ağır atletika klubunun təmsilçisi təkanla qaldırma hərəkətində isə 167 kq-ın öhdəsindən gələrək, eyni nəticəni təkrarlayıb.

Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib.

Toplamda 303 kq (136+167) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Alməmmədov bu nəticə ilə rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.


SON XƏBƏRLƏR

18 Mart 2024