• Bakı 22° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Barselona"lı futbolçu zədələndi

İDMAN

27 Fevral 2023 | 13:48

"Barselona"lı futbolçu zədələndi

İspaniya "Barselona"sının futbolçusu Rafinya kuryoz hadisə nəticəsində zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Kataloniya təmsilçisinin evdə İngiltərənin "Mançester Yunayted" klubu ilə 2:2 hesablı heç-heçə etdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu zamanı baş verib.

Matçda qol və məhsuldar ötürmə ilə yadda qalan 27 yaşlı vinger 82-ci dəqiqədə əvəzlənib. O, baş məşqçi Xavi Ernandesin qərarına etiraz əlaməti olaraq, içkilərin saxlanıldığı soyuducunu təpikləyib. Dizindən xəsarət alan "sambaçı" bu səbəbdən səfərdə "Almeriya"ya 0:2 hesabı ilə uduzduqları La Liqanın XXIII tur oyununu buraxıb.

Qeyd edək ki, "Barselona" İngiltərədə "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzaraq iki oyunun nəticəsinə əsasən avrokuboklarla vidalaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR