• Bakı 17° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

DÇ-2022: Qana və Uruqvay yığmaları qrupda qalıb - YENİLƏNİB

İDMAN

02 Dekabr 2022 | 21:08

DÇ-2022: Qana və Uruqvay yığmaları qrupda qalıb - YENİLƏNİB

Qana və Uruqvay milli komandaları Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, H qrupunun sonuncu turunda üz-üzə gələn yığmaların duelində Cənubi Amerika təmsilçisi 2:0 hesablı qələbə qazansa da, digər matçda Portuqaliyanın Cənubi Koreyeya uduzması asiyalıların mərhələ adlamasına səbəb olub.

Uruqvay seçməsindən hər iki qolu Corcian de Arraskaeta vurub. O, 26 və 32-ci dəqiqələrdə fərqlənib.

Beləliklə, Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.

***20:10

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda 2-ci hissə start götürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarıdan sonra Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.

***19:56

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

19:33

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda hesab dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisindən Corcian de Arraskaeta 32-ci dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub.

19:27

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 26-cı dəqiqədə fərqlənən Corcian de Arraskaeta Cənubi Amerika təmsilçisini önə keçirib.

19:00

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

 

***18:00

Qətərdə keçirilən dünya çempionatının H qrupunun III turunda üz-üzə gələcək Qana və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Qana: 1. Laurens Atiziqi, 21. Salis Abdulsamed, 18. Daniel Amarte. 10. Andre Ayu, 9. Cordan Ayu, 17. Baba Rahman, 20. Mohammed Kudus, 5. Tomas Parte, 4. Mohammed Salisu, 26. Seidu Alidu, 19. İnaki Uillyams

Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Corcian de Arraskaeta, 2. Xose Mariya Ximenes, 13. Gilyermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares, 15. Federiko Valverde

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


SON XƏBƏRLƏR