Sakaryanın Akyazı rayonunda qadın İstanbuldan ziyarətə gələn baldızının üzünə qaynar su tökməsi nəticəsində xəsarət alıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, Altındere Osmanağa Məhəlləsində baş verən hadisədə S.K. və İstanbuldan ziyarətə gələn baldızı F.K. arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisə böyüyərək davaya çevrilib. Nəticədə də F.K K-nın üzünə qaynar su tökərək ona xəsarət yetirib.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlib. Üzündən və bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alan qadına xəstəxanada tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Əli Hüseynov