• Bakı 22° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Yəhudi Mərkəzində kütləvi qətl planlaşdıran pakistanlı həbs edildi

DÜNYA

07 Sentyabr 2024 | 16:22

Yəhudi Mərkəzində kütləvi qətl planlaşdıran pakistanlı həbs edildi

Kanadada Bruklin Yəhudi Mərkəzində oktyabrın 7-də kütləvi qətl planlaşdırmaqda ittiham olunan pakistanlı həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Qeyd olunub ki, şübhəli şəxs öz planlarını Hasidik təriqətinin qərargahının yerləşdiyi Bruklindəki Çabad Mərkəzinin agentlərinə təqdim edib. O, terroru HƏMAS-ın İsrailə hücumunun ildönümünə planlaşdırıb. 

ABŞ-ni baş prokuroru Merrik Qarland bildirib ki, Məhəmməd Şahzeb Xan İŞİD üçün mümkün qədər çox yəhudi öldürmək məqsədi ilə yaşadığı Kanadadan Nyu-Yorka getməyə çalışıb.

Çərşənbə günü 20 yaşlı pakistanlı həbs edilib və o, İslam Dövləti terror qruplaşmasına maddi dəstək və vəsait təmin etməkdə günahlandırılıb.


SON XƏBƏRLƏR