• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

BMT: "Qəzzaya humanitar yardımda təcrid problemi var"

DÜNYA

07 Oktyabr 2024 | 16:05

BMT: Qəzzaya humanitar yardımda təcrid problemi var

"Davamlı atəşkəs Qəzzaya yardım gətirməyimizə və ehtiyacı olan insanlara çatdırmağımıza imkan verəcək. 1 ildən çoxdur ki, onların vəziyyəti daha da pisləşir". 

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke deyib.

Müharibənin əvvəlində Qəzza zolağının tamamilə bağlandığını xatırladan Laerke bildirib ki, daha sonra yardım əməliyyatlarına başladıldı. Lakin İsrail səlahiyyətliləri tərəfindən qarşıya qoyulan maneələr  tələb olunan miqyasda humanitar yardım etməyə imkan vermədi.

"Qəzzada təxminən 1,9 milyon insan didərgin düşüb. Bu, əhalinin təxminən 90 faizinə bərabərdir. Bəzi vətəndaşlar İsrail tərəfindən 7, 8, 9 və ya 10 dəfə köçürülüb. Çünki daimi evakuasiya əmrləri var. İnsanların bir təhlükəli yerdən digər təhlükəli yerə köçməsi üçün cəmi bir neçə saat vaxtı var. Bu halda humanitar təşkilatların daim hərəkət edən əhaliyə humanitar yardımla cavab verməsi çətinləşir", - deyə Laerke qeyd edib.

BMT rəsmisinə görə, Qəzzadakı vəziyyəti dəyişdirəcək tək çıxış yolu atəşkəsdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Oktyabr 2024