Kreml Rusiya prezidenti Vladimir Putinin Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik etmək planlarından xəbərsizdir.
Bakıvaxtı.az bu barədə APA-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya prezidentinin Trampı təbrik etmək planlarından xəbəri olmadığını söyləyib.
"Unutmayaq ki, söhbət dost olmayan, dövlətimizə qarşı birbaşa və dolayısı ilə müharibədə iştirak edən ölkədən gedir”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov qeyd edib ki, Rusiya Vaşinqtondan gələn bütün məlumat axınlarını diqqətlə izləyir, bəyanatları təhlil edir, lakin konkret addımlar əsasında nəticə çıxaracaq:
"Putin dialoqa hazır olduğunu dəfələrlə təsdiqləyib, ABŞ isə hazırda buna əks mövqe tutur. Rusiya ilə ABŞ arasında münasibətləri pisləşdirmək demək olar ki, mümkün deyil".
Kreml rəsmisi bildirib ki, ABŞ Ukrayna münaqişəsinə kerosin tökür, halbuki onlar bu münaqişənin başa çatmasına töhfə verə bilirlər:
"ABŞ Ukraynaya qarşı xarici siyasət trayektoriyasını dəyişməyə qadirdir, lakin bunun həyata keçirilib-keçirilməyəcəyi yanvardan sonra məlum olacaq. Ukrayna münaqişəsinə bir gecədə son qoymaq olmaz", - deyə Putinin sözçüsü yekunkaşdırıb.