İsrailin beynəlxalq müqavilələr və konvensiyalarla qorunan xəstəxanaları, habelə səhiyyə və təcili yardım qruplarını hədəf alan Livana bombardmanları nəticəsində indiyədək ən azı 97 sağlamlıq və xilasetmə qrupunun əməkdaşı həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, İsrailin hücumları nəticəsində 4 xəstəxananın itirilməsindən sonra Livan Həkimlər Birliyi Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatına İsrailin İsrailə qarşı törətdiyi qırğını dayandırmaq üçün təcili çağırış edib.
Eyni kontekstdə Livan Tibb Bacıları Birliyi də bəyanat verərək, İsrailin şiddətli hücumlarında həkimləri və tibb işçilərini hədəf aldığını, beynəlxalq qanun və konvensiyaları açıqcasına pozduğunu vurğulayıb.
Əli Hüseynov