• Bakı 10° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

"Nature Geoscience": Antarktidada bitki örtüyü artıb

DÜNYA

07 Oktyabr 2024 | 16:15

Nature Geoscience: Antarktidada bitki örtüyü artıb

"Exeter" və "Hertfordshire" Universitetinin, o cümlədən Britaniya Antarktika Tədqiqatının alimləri son dörd onillikdə Antarktika yarımadasında bitki örtüyünün artdığını müəyyən ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu, "Nature Geoscience" jurnalında dərc olunan araşdırma nəticəsində məlum olub.

Tədqiqata əsasən, bölgədəki bitki örtüyü iqlim dəyişikliyinə cavab olaraq əhəmiyyətli dərəcədə genişlənib. Belə ki, yarımadada bitki örtüyünün sahəsi 1986-cı ildə bir kvadrat kilometrdən az olan ərazidən 2021-ci ilə qədər təxminən 12 kvadrat kilometrə qədər on dəfədən çox artıb. Bu, Antarktika yarımadasında istiləşmənin sürətlənməsi ilə əlaqələndirilir.

Bitki örtüyünün böyüməsini qiymətləndirmək üçün elm adamları peyk məlumatlarından istifadə ediblər. 3D təsvirlər 2016-2021-ci illər arasında bitki örtüyünün hər il təxminən 400 min kvadratmetr sahədə genişləndiyini göstərib. Bu isə əvvəlki illərlə müqayisədə 30 faiz artım deməkdir.

Antarktika yarımadasının mənzərəsi hələ də qar və buzla örtülüdür, lakin mamırların böyüdüyü kiçik ərazilər genişlənir. Bu proses yeni bitki növlərinin yaranmasına, eləcə də bölgənin ekosistemini dəyişə biləcək invaziv növlərin yaranması riskinə səbəb ola bilər. 

Alimlər hesab edirlər ki, bitki örtüyünün artması torpağa üzvi maddələr əlavə edəcək və nəticədə sözügedən ərazinin daha da abadlaşdırılmasına şərait yaradacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR