• Bakı 10° C

    15.36 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Delfinlərlə ünsiyyət qurmaq üçün süni intellekt modeli yaradılır

CƏMİYYƏT

15 Aprel 2025 | 11:31

Delfinlərlə ünsiyyət qurmaq üçün süni intellekt modeli yaradılır

Google mühəndisləri delfinlərlə ünsiyyət üçün süni intellekt (AI) modelini yaradıblar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

Məlumata görə, komanda əvvəlki "Gemma" modelinə əsaslanan "DolphinGemma" adlı böyük dil modelini (LLM) hazırlayıb. Onun köməyi ilə mühəndislər delfin səslərini təfsir etməyi, müəyyən “ünsiyyət” nümunələrini yadda saxlamağı və heyvanlarla ünsiyyət qurmağı öyrənməyə çalışacaqlar.

Süni intellekt modeli delfin tədqiqat layihəsi olan Wild Dolphin Project (WDP) ilə əməkdaşlıqda istifadəyə verilib.

Belə ki, Google mütəxəssisləri modeli 1985-ci ildən bəri WDP tərəfindən toplanmış delfin səsləri kitabxanası ilə qidalandırıblar.

Bununla belə, qeyd olunub ki, delfinlərin çıxardığı və vəhşi heyvanlarla ünsiyyətdə istifadə olunan səslərdə mütləq nümunələrə rast gəlmək olar.

Məqalədə deyilir ki, LLM, WDP akustik arxivini tədqiq edib və hazırda müəyyən delfin səsləri arasında əlaqə tapmağa çalışır.

Nəzərə çatdırılıb ki, "DolphinGemma"nın sınaq buraxılışı yayda baş tutacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR