• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib

GÜNDƏM

03 Sentyabr 2021 | 22:26 | Müəllif: Subhan Mahmudov

“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsi başa çatıb.
Avqustun 3-də İran İslam Respublikasının Ənzəli şəhərində müsabiqənin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı hərbi attaşesi polkovnik Elvin Qasımov, o cümlədən digər ölkələrin hərbi attaşeləri, hakimlər komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Müsabiqənin üç mərhələsi üzrə yekun nəticələrinə əsasən İran komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan və Qazaxıstan komandaları isə üçüncü yerdə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026