Gürcüstanın hüquq-mühafizə orqanları Mixail Saakaşvilinin Tiflisə gələrkən yerləşdiyi mənzilin sahibini də həbs ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstam DİN təmsilçisi Mamuka Çelidze mediaya bildirib.
Onun sözlərinə görə, 1958-ci il təvəllüdlü vətəndaşa qarşı “cinayəti gizlətmə” ittihamı elan olunub.
Gürcüstan CM-ə görə, ona cərimə və ya ev həbsi, yaxud 6 aydan 2 ilə qədər həbs verilə bilər.
















