• Bakı 12° C

    11.39 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Deputat: Azad edilmiş ərazilərdə sənaye və tranzit infrastrukturu sürətlə inkişaf edir

SİYASƏT

02 Dekabr 2025 | 11:37

Deputat: Azad edilmiş ərazilərdə sənaye və tranzit infrastrukturu sürətlə inkişaf edir

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sənaye və iqtisadi inkişafı sürətləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

Millət vəkili bildirib ki, indiyə qədər Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumi dəyəri 500 milyon manata yaxın məhsul istehsal olunub və təkcə bu parklar 1 000-dən çox insana iş təmin edir.

Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin açılması ilə bu bölgələr sərhəd zonası olmaqdan çıxaraq tranzit bölgəsinə çevriləcək. Bu, Azərbaycanın gələcəyə baxışını və yeni iqtisadi dəyərlərin yaradılmasını nümayiş etdirir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Dekabr 2025