"Azərbaycan yarımçıq qalmış problemlər ölkəsinə çevrilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında deyib.
"Biz burda qanunlar qəbul edirik, Nazirlər Kabineti isə qanunlara dəyişiklik edir" deyən deputat misal kimi kitablara qoyulan ƏDV-nin ləğv olunması ilə bağlı qərarın qəbul edilməsini göstərib.
Onun sözlərinə görə, 5 aydır ki, heç bir nəticə yoxdur: "Nəşriyyatlar sürünür".
Nuranə Daxilqızı. .
















