• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Miqrasiya Xidmətindən “Sputnik Azərbaycan”ın baş redaktoru ilə bağlı AÇIQLAMA

SİYASƏT

10 Iyun 2022 | 22:16 | Müəllif: Subhan Mahmudov

Miqrasiya Xidmətindən “Sputnik Azərbaycan”ın baş redaktoru ilə bağlı AÇIQLAMA

Dövlət Miqrasiya Xidməti "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Bakı Filialının əməkdaşları barədə açıqlama yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr idarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının Belarus Respublikası vətəndaşları Pavel Antonov və Antonava Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq miqrasiya qanunvericiliyin tələblərinə əsasən bu icazələrin uzadılmasından imtina edilib. Qəbul olunan inzibati qərarların surəti həmin şəxslərə təqdim edilib.

Adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməyib. Bu şəxslər Azərbaycan Respublikasına yenidən giriş edərək qeydiyyata alınmaqla ölkədə ola və qanunvericilikdə nəzərdə tutulan müvafiq əsasları olduğu təqdirdə, yenidən müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR