• Bakı C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Deputat peşə təhsili sahəsində iki məqamı nəzərə almağı zəruri sayıb

CƏMİYYƏT

12 Fevral 2025 | 14:53

Deputat peşə təhsili sahəsində iki məqamı nəzərə almağı zəruri sayıb

Araşdırma aparmalıyıq ki, bizə gələcəkdə hansı peşələr üzrə daha çox və hansı sayda mütəxəssis lazım olacaq.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

    Deputat bildirib ki, qanun layihəsi Prezident İlham Əliyevin keçmiş qaçqın və məcburi köçkünlərə dövlətin növbəti diqqət və qayğısıdır: Bu dəyişiklik əhalinin gələcəkdə məskunlaşmasına da ciddi təsir göstərəcək. İki məqam önəmlidir. Birinci, araşdırma aparmalıyıq ki bizə gələcəkdə hansı peşə üzrə daha çox və hansı sayda mütəxəssis lazım olacaq və ona uyğun ixtisasları müəyyən etməliyik. İkinci, bu gün həmin ərazilərdə yeni müəssisələr yaradılır, onlarla təhsilverənlər arasında sıx əməkdaşlıq olmalıdır. Bu, həm də geri qayıdan vətəndaşların işlə təmini baxımından xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətdə peşə təhsilinə marağı daha da artırmaq üçün təbliğata ehtiyac var. Əgər bu istiqamətdə ciddi iş getməsə, gələcəkdə bir sıra sahələr üzrə mütəxəssislərin tapılmasında çətinliklər yarana bilər”.

    Qeyd edək ki, qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.


    SON XƏBƏRLƏR