“Yas pulu işləyən və pensiya yaşına çatmış şəxslərə verilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, elə olur ki, adamın pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə yaş pulundan məhrum olur.
"Bir neçə il öncə bu məsələni qaldıran zaman məlumat verilmişdi ki, haqlı məsələdir, məsələnin əsaslı və müsbət yöndə həlli üçün addımlar atılır”.
Deputat məsələnin hazırkı durumu ilə bağlı məlumat verilməsini və müsbət həlli yönündə proseslərin sürətləndirilməsini xahiş edib.
Mina Mikayılova