• Bakı 12° C

    11.11 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Deputat: Yeni büdcə ölkənin prioritet inkişaf istiqamətlərini əhatə edir

SİYASƏT

02 Dekabr 2025 | 14:16

Deputat: Yeni büdcə ölkənin prioritet inkişaf istiqamətlərini əhatə edir

“2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində ölkənin sosial-iqtisadi inkişaf, müdafiə-təhlükəsizlik və xarici siyasət strategiyasından irəli gələn hədəflər düzgün müəyyənləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti bu hədəflərə nail olmağa imkan verəcək.

Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, hərbi potensialın gücləndirilməsi və sosial istiqamətlərin prioritet saxlanılması fonunda müasir çağırışlara cavab verən büdcə layihəsinin hazırlanması xüsusi önəm daşıyır.

Millət vəkili həmçinin parlament komitələrində səslənən təkliflərin layihədə nəzərə alınmasının vacibliyini qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Dekabr 2025